
Baş nazir Nikol Paşinyan Britaniya-Hollandiya “Shell” şirkətinin MDB və Yaxın Şərq ölkələri üzrə direktor müavini Joana Kuensberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ER Baş naziri aparatından verilən məlumata görə, Baş nazir iyunun 29-da Yerevanda ilk yanacaqdoldurma məntəqəsi açılan nüfuzlu şirkətin Ermənistan bazarına daxil olmasını alqışlayıb.
Nikol Paşinyan şirkətin yeni yanacaqdoldurma məntəqəsi təqdim edəcəyinə əminliyini bildirib. Baş nazir şirkətə uğurlar arzulayıb və hökumətin biznes mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlarını davam etdirəcəyini vurğulayıb.
Mənbənin sözlərinə görə, Joana Kuensberq Şell şirkətinin ER-a cəlb edilməsinə dəstək verdiyinə görə hökumətə təşəkkür edib və gələcək planlar haqqında ətraflı məlumat verib.
Bildirilib ki, yaxın 5 il ərzində şirkət Yerevanda və bütün bğlgələrdə 25 yanacaqdoldurma məntəqəsini işlətməyi planlaşdırır ki, burada da müxtəlif xidmətlər göstəriləcək.







