ArtsaxBaşlıca

Gurgen Nersisyan: “Bütün bunlara son qoyulmalıdır, Artsax xalqının səbri tükənməz deyil”

Cari ildə Artsax xalqı nəinki blokadaya məruz qalır, həm də mütəmadi olaraq zərərli təbii fəlakətlərlə üzləşir. Bu haqda Artsaxın dövlət naziri Gurgen Nersisyan öz Facebook səhifəsində yazıb.

“Artsaxda bir sıra icmalar artıq bir neçə dəfə doluya məruz qalıb və dünənki dolu və sel yenidən Əsgəran və Martakert rayonunun bir sıra icmalarına, əkin sahələrinə və yaşayış evlərinə böyük ziyan vurub.

Artsax Respublikasının Kənd Təsərrüfatı və Şəhərsalma nazirliklərinin mütəxəssisləri artıq mümkün qədər dəymiş ziyanın hesablanması və zərərin aradan qaldırılması işlərinə başlayıblar.

Martakert rayonunun Garnakar icmasının körpüsü tamamilə zədələnib, lakin artıq alternativ, məhdud imkanlı həll yolu tapılıb, sözügedən icmaya lazımi miqdarda un göndərilib, yaxın vaxtlarda dərman göndəriləcək.

200 gündən artıqdır ki, Artsax Respublikası  təssəvvüredilməz mübarizə aparır, Artsax xalqı açıq-aşkar məşəqqətlərə və əzablara məruz qalır,.

 Çoxsaylı müşahidəçilərin gözü qarşısında Artsax xalqını öz kimliyindən imtina etməyə məcbur etməyə cəhd edilir.

 Doğulduğu məkanı, dilini, inancını inkar etməyə məcbur edilir, bununla belə hadisələr göstərir ki, bütün addımlar  əbəsdir.

Amma bütün bunlara son qoyulmalıdır, Artsax xalqının səbri tükənməz deyil” – deyərək Gurgen Nersisyan yazıb.

Daha çox göstər
Back to top button