
İran Qafqazda nəqliyyat yollarının açılmasının əleyhinə deyil, amma “saxta Zəngəzur dəhlizi” və ya “NATO-nun Turan dəhlizi”nə qarşıdır.
Qafqaz məsələləri üzrə iranlı ekspert Əhməd Kazem də “Zəngəzur dəhlizi” məsələsinə toxunaraq analoji mövqe nümayiş etdirib.
Kazemin sözlərinə görə, Erdoğanın iddiasının əksinə olaraq, İran Qafqazda, o cümlədən Azərbaycan və Ermənistan, Rusiya və Gürcüstan arasında tranzit əlaqələrinin və normal nəqliyyat yollarının açılmasının əleyhinə deyil, əksinə, “NATO-nun Turan dəhlizi”nə qarşıdır.
Politoloqun fikrincə, Rusiya həm tarixi keçmişdə, həm də indi Türkiyənin Azərbaycanla birbaşa əlaqəsinə, panturanizm xülyasının reallaşmasına qarşı olub və əleyhinədir.
Kazemin sözlərinə görə, Erdoğan “Zəngəzur dəhlizi” yaratmaqla özünün xarici və daxili siyasi problemlərini həll etmək və nəhayət türk dünyası ilə əlaqə yaratmaq istəyir.
Lakin İran, Rusiya və Çin tranzit dəhlizi ilə “NATO-nun Turan dəhlizi” arasındakı fərqi dərk edirlər.
Yazıda müəllif Türkiyə prezidentinin Azərbaycana son səfərinə toxunub. Onun sözlərinə görə, Erdoğan Əliyevlər ailəsinə Azərbaycan xalqının cibindən “mühəndisli Türkiyə prezident seçkilərində” qalib gəlmək üçün xərclədikləri milyonlarla dollara görə təşəkkür etmək üçün Bakıya gedib.
Səfərin məqsədlərindən biri də Türkiyənin “saxta Zəngəzur dəhlizi” və ya eyni “NATO Turan dəhlizi”ni dəstəklədiyinə əmin olmaq olub.
“Erdoğan bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanla heç bir problem yoxdur, lakin problem İrandadır və bu bəyanatın sübutu kimi Paşinyanın Türkiyə prezidentinin andiçmə mərasimində iştirakını qeyd edib.
Lakin fakt budur ki, Paşinyan Yerevanın suverenliyi şərti ilə Moskva üçtərəfli sazişinə əsasən Azərbaycan və Naxicevan arasında normal kommunikasiya xətlərinin açılmasını alqışlayır.
Çünki o, dəmiryol xəttindən iqtisadi fayda əldə etmək üçün istifadə etmək istəyir” – deyərək ekspert vurğulayıb.







