Başlıcaİctimaiyyət

Hindistan Xİ Nazirliyinin nümayəndə heyəti Erməni Soyqırımı Memorialını ziyarət edib

Hindistan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iyulun 4-də Erməni Soyqırımı Memorialını ziyarət edib.

Erməni Soyqırımı Muzey-İnstitutunun muzey işləri üzrə direktor müavini Lusine Abrahamyan qonaqları salamlayaraq, memorial kompleksin yaranma tarixini təqdim edib.

O, həmçinin Tsitsernakaberd ərazisində ötən əsrin sonlarında Sumqayıt, Kirovabad (Gandzak), Bakı şəhərlərində Azərbaycan hökumətinin təşkil etdiyi qırğınlarda həlak olan ermənilərin xatirəsinə ucaldılmış üç xaçkardan və hekayələrdən bəhs edib və baş verənlərlə Erməni Soyqırımı arasında əlaqəni vurğulayırlar.

Hindistandan gələn nümayəndə heyətinin üzvləri əbədi məşəl önünə gül dəstələri düzərək Erməni Soyqırımının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qonaqlar Erməni Soyqırımı Muzeyində də olublar, burada Erməni Soyqırımı Muzeyinin muzey işləri üzrə direktor müavini Lusine Abrahamyanın müşayiəti ilə daimi və müvəqqəti sərgilərlə tanış olub․

Daha çox göstər
Back to top button