BaşlıcaSiyasət

Taguhi Tovmasyan Rusiya sülhməramlılarını Qarabağdakı passivliyinə görə tənqid edib

Rusiya sülhməramlılarının mövcudluğuna baxmayaraq, Ermənistan tərəfi Dağlıq Qarabağda həm insan, həm də ərazi itkiləri verib.

Bu barədə jurnalistlərlə söhbətində parlamentin İnsan hüquqlarının müdafiəsi və ictimaiyyətlə əlaqələr üzrə daimi komissiyasının sədri, müxalifətçi deputat Taguhi Tovmasyan bildirib.

“Həm qurbanlarımız, həm də yaralılarımız var. Paruxda da eyni hadisəni unutmayaq. Gündəlik olaraq kənd təsərrüfatı işləri ilə məşğul olan insanlar, xüsusən də tarlada, zərər çəkir. Bütün bunlar bir daha sübut edir ki, Bakı Rusiya sülhməramlı qüvvələrinin mövcudluğundan çəkinmir”, – Tovmasyan bildirib.

O, hamını həqiqətlə üz-üzə gəlməyə, illüziyalara qapılmamağa çağırıb.

“Düşünməməliyik ki, Rusiya nümayəndələri orada olarsa, müharibədən qaçınmaq olar. Xeyr, bundan qaçmaq mümkün olmayacaq. Müharibə qaçılmazdır. Rusların və onların sülhməramlılarının mövcudluğu Azərbaycanın imperiya ambisiyalarını heç bir şəkildə məhdudlaşdırmır. Deməli, biz hər şeyə hazır olmalıyıq”, – deyə deputat qeyd edib.

Daha çox göstər
Back to top button