
Azərbaycan və Türkiyə düşünməsin ki, İranın maraqlarına qarşı təhdidlərə qarşı səbri hədsizdir. Həlledici məqamda İran öz kartlarını göstərəcək.
Bu haqda iranlı beynəlmiləlçi Ehsan Movahedian belə bir inamı “Irdiplomacy” analitik saytında dərc olunan məqaləsində bildirib.
Məqalədə Movahedian “Zəngəzur dəhlizi” və onun İran üçün nəticələrinə toxunub.
Ekspert həmçinin İranın tranzit marşrutlarının şaxələndirilməsi və Azərbaycan və Türkiyə marşrutlarından asılılığın azaldılması, Çin, Rusiya və Hindistanla əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan və Türkiyə düşünməsin ki, İranın maraqlarına qarşı təhdidlərə qarşı səbri hədsizdir. Kritik məqamda İran Suriya, Yəmən və İraqda olduğu kimi öz oyun kartlarını göstərəcək” – deyərək Movahedian bildirib.
Ekspertin fikrincə, Türkiyə və Bakı liderləri “İngiltərə və sionistlərin dəstəyi ilə” Qafqaz və Qərbi Asiyanın coğrafi sərhədlərini dəyişdirməyə, Suriya, İraq, Livan və Ermənistanda qeyri-sabitlik yaratmağa çalışırlar ki, İran üçün geosiyasi, iqtisadi və təhlükəsizlik maneələri yaratsınlar.







