
Fransa Prezidenti Emmanuel Makron, Avropa və Xarici işlər naziri Ketrin Kolonna Fransanın Ermənistana yeni səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıblar.
Alınan məlumata görə, Ermənistanın Fransadakı fəxri konsulu Denis Corkaeff özünün “Twitter” mikrobloqunda bildirib ki, 21 iyul 2023-cü il tarixindən Fransa Respublikasının Xarici işlər üzrə baş müşaviri Olivye Dekotini Fransa Respublikasının Ermənistan Respublikasına Fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Corkaeff həm də sərəncamın fotosunu yerləşdirib.







