BaşlıcaMədəniyyət

Lorutda torpaq qatının altında xaçkarlar tapılıb

ER Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin “Tarixi-mədəni qoruq-muzeyləri və tarixi ətraf mühitin mühafizəsi xidməti”nin Lori regional xidmətinin əməkdaşları Lorut orta məktəbi direktorunun dəstəyi ilə “Xaçkarlara yeni həyat” layihəsi çərçivəsində Lorut kəndində (keçmiş qəbiristanlıq) məktəbin yaxınlığındakı qalın torpaq qatının altından 3 ədəd xaçkar tapıblar.

“Məktəbin yaxınlığındakı ərazi mədəni irsimizin ziyarətgahı və məzarlığıdır, biz çoxdan öyrənmişik və belə qərara gəlmişik ki, həmin ərazidə xaçkarlar var, onları qaldırmaq lazımdır. “Xaçkarlara yeni həyat” layihəsi çərçivəsində qarşımıza qoyulan vəzifəni həyata keçirmişik”, – deyə “Tarixi-mədəni qoruq-muzeyləri və tarixi ətraf mühitin mühafizəsi xidməti”nin eksperti Hraç Marukyan bildirib.

İlkin araşdırmaya görə, xaçkarlar erkən orta əsrlərə aiddir.

Daha çox göstər
Back to top button