Başlıcaİdman

Ermənistanın atıcılıq yığma komandası Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək

Ermənistanın atıcılıq yığma komandası Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək.

Bunu Ermənistan millisinin baş məşqçisi Seyran Nikoğosyan deyib.

“Bir neçə məktub yazmışıq, cavab almışıq ki, hər şey təmin olunacaq, heç bir problemimiz yoxdur. Belə oyunları qaçırmaq olmaz”, – Nikoqosyan bildirib.

Onun sözlərinə görə, hazırda komandanın bir kvotası olsa da, daha ikisini qazanmaq ümidi var.

Avropa Oyunlarında idmançıların komanda mübarizəsində qeydə aldığı nəticəyə toxunan Nikoğosyan vurğulayıb ki, görülən işlərin qiymətləndirilməsi onların vitse-çempion və rekordçu olmasıdır.

Komanda bu ayın sonunda Polşada təlim-məşq toplanışı keçəcək, avqustun 14-dən isə Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək.

Daha çox göstər
Back to top button