
Artsaxda ölüm halları artıb. Bu barədə Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan özünün “Twitter” səhifəsində yazıb.
O, bildirib ki, səhiyyə sahəsində düzgün tibbi yardım almaq üçün ciddi problemlər yaradılıb.
“Səhiyyə sektorunda ciddi problemlər yaranıb. Düzgün tibbi xidmət üçün zəruri dərman vasitələrinin çatışmazlığı, həssas qruplar, o cümlədən hamilə qadınlar, xərçəng xəstələri və şəkərli diabet xəstələri, uşaqlar ciddi sağlamlıq problemləri ilə üzləşirlər”- deyərək XİN-nin sözçüsü yazıb.








