BaşlıcaMədəniyyət
Nou-hau: Azərbaycanlıların genetikası avokado və manqo yeməyə icazə vermir

Xaricdən gətirilən ekzotik meyvələrdən istifadə etmək tövsiyə edilmir, çünki onlar azərbaycanlıların genetikası ilə bir araya sığmır.
Azərbaycan mətbuatının məlumatına görə, belə bir inanılmaz açıqlama ilə Azərbaycan Səhiyyə nazirliyinin eksperti, pediatr Əkbər Quliyev çıxış edib.
“Məsələn, avokado və ya manqo kimi meyvələr genetikamızla uyğun gəlmir, ona görə də onları çox miqdarda istehlak etmək tövsiyə edilmir. Yerli və mövsümi meyvələrə üstünlük verilməlidir”- deyə Quliyev qeyd edib.







