
Fransa Senatının sədri Jerar Larşe Fransanın Ermənistana müdafiə silahları verməsinin vacibliyini açıqlayıb. Aldığımız məlumatıa görə, bu barədə Larşe özünün “Twitter” səhifəsində yazıb.
Ermənistan parlamentinin sədri ilə görüşdən sonra Larşe yazıb:
“Mən Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin dərhal açılmasını və onun təhlükəsizliyini təmin etmək üçün Fransa tərəfindən Ermənistana müdafiə silahlarının verilməsini sürətləndirməyi tələb edirəm”- deyərək Alen Simonyan görüşündən sonra o, qeyd edib.







