Başlıcaİctimaiyyət

Çexiya jurnalistin qətlində təqsirləndirilən azərbaycanlı kriminal avtoritetini ABŞ-a təhvil verəcək

Çexiya jurnalisti qətlə yetirməkdə təqsirləndirilən Gürcüstanda yaşayan azərbaycanlı kriminal avtoritetlərini ABŞ-a təhvil verəcək. Praqa şəhər məhkəməsi mayın sonunda Ömərovun ABŞ-a, o cümlədən onu cinayət törətməkdə ittiham edən Gürcüstan və Qazaxıstana da ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb.

Çexiyanın ədliyyə naziri Pavel Blajek respublika ərazisində saxlanılan Gürcüstan vətəndaşı, cinayət reputasiyasına malik Gürcüstan vətəndaşı Polad Ömərovun ekstradisiyası haqqında əmr imzalayıb. Bu barədə çərşənbə axşamı “Pravo” qəzeti məlumat yayıb. Yaxın bir neçə gün ərzində Ömərovun ekstradisiyası prosesi həyata keçirilməlidir. Beynəlxalq həbs qərarı əsasında o, yanvar ayında Çexiyada həbs edilib və o vaxtdan həbsdədir.

Yaxın bir neçə gün ərzində Ömərovun ekstradisiyası prosesi həyata keçirilməlidir. Beynəlxalq order əsasında o, yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir. Onun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorluğu Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib. Çexiya mediası bir müddət əvvəl Polad Ömərovun Rusiya və Ukraynadakı azərbaycanlı icmaları sıxışdıran mütəşəkkil cinayətkar qrupa rəhbərlik etdiyini yazıb.

Daha çox göstər
Back to top button