BaşlıcaSiyasət

“Рыбарь”:  “Mahaçqala rəhbəri niyə Azərbaycan liderinin abidəsinin qoyulmasını müdafiə edir?”

Mahaçqala şəhərinin meri Yusup Umavov internetdə Azərbaycanın birinci prezidenti Heydər Əliyevin Dağıstanda abidəsinin qoyulması ilə bağlı internetdəgeniş  müzakirələrə münasibət bildirrib.

Bu haqda  ”Rybarь” teleqram kanalı yazır.

O, “sovet və Azərbaycan siyasətçisi Heydər Əliyevin abidəsinin Dağıstan və Azərbaycan xalqları arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və qonşuluq münasibətlərinin daha da inkişafı məqsədilə ucaldılacağını” elan edib.

Lakin bu sözlər heç bir şəkildə reallığı əks etdirmir. Münasibətləri yaxşılaşdırmaq üçün bir qayda olaraq humanitar tədbirlər həyata keçirilir və ya xalqların mədəniyyətləri ilə bağlı nə isə, məsələn, mədəniyyət və elm xadimlərinin xatirəsi əbədiləşdirilir.

Merin açıqlamasını, eləcə də Rusiyanın bəzi regionlarındakı Azərbaycan diasporunun təsirini nəzərə alsaq, Mahaçqala rəhbərinin niyə abidənin qoyulması ideyasını dəstəklədiyi sualı yaranır”-deyərək  “Rybarь” yazır.

Daha çox göstər
Back to top button