Avropa Parlamentinin işçi qrupunun həmsədrləri Əliyevin jurnalistlərn ünvanına təhdidini pisləyiblər

Avropa Parlamentinin Kütləvi İnformasiya Vasitələri Məsələləri üzrə İşçi Qrupunun həmsədrləri David Kazan və Ramona Strugariu çıxışında jurnalistləri, bloqqerləri və fəalları tənqid edən Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərə qarşı təqibini onun avtoritar rejimini qətiyyətlə pisləyiblər.
Bu haqda Avropa Xalq Partiyasının (APP) saytında bildirilir.
Çoxlu sayda izləyicisi olan bloger Məhəmməd Mirzəli Azərbaycanın hakim ailəsinin adı ilə bağlı korrupsiya faktlarını işıqlandırmaqda xüsusi yer tutur.
Azərbaycanın Avropanın enerji qalmaqallarına qarışdığı və daxildə geniş yayılmış korrupsiya iddiaları ilə üzləşdiyi bildirilir.
“Mirzəli Əliyev rejimindən başqaları ilə birlikdə qaçıb, amma hər halda Fransada sui-qəstlə üzləşib. Media məsələləri üzrə işçi qrupun həmsədrləri bütün jurnalistləri dəstəklədiklərini vurğulayır və Azərbaycana beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırışını bir daha bəyan edirlər.
Bu, Azərbaycan üçün vacibdir. Avropa söz azadlığından istifadə edənlərin hamısı üçün təhlükəsiz qitə olacaq” – EPP rəsmi saytında qeyd olunub.







