
Baş nazir Nikol Paşinyanla Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub.
ER Baş nazirinin iş heyətindən verilən məlumata görə, həmsöhbətlər gündəlikdəki məsələləri və Ermənistan-Rusiya iqtisadi əməkdaşlığının cari proqramlarını müzakirə ediblər.
Mənbənin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqla bağlı məsələlər də müzakirə olunub.







