BaşlıcaSiyasət

Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsində aktiv tikinti işləri aparılır

Bu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan hökumətin iclasından sonra jurnalistlərlə söhbətində deyib.

Badasyan tikinti işlərinin nə vaxt başa çatacağını dəqiqləşdirməkdə çətinlik çəkir. “Mən konkret   müddətdeyə bilmərəm, amma tezliklə” – deyərək Badasyan bildirib.

Ermənistan və Türkiyə hökumətləri arasında əvvəllər razılaşdırıldığı kimi, keçid məntəqəsində tikinti işləri başa çatdıqdan sonra Ermənistan və Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılıb-açılmayacağı sualına Badasyan belə cavab verib:

“Bu, Dövlət Gəlirləri Komitəsinin səlahiyyətində olan məsələ deyil. Bizim vəzifəmiz gömrük-keçid məntəqəsində gömrük nəzarətinin həyata keçirilməsi üçün şəraiti təmin etməkdən ibarətdir”- deyə Dövlət Gəlirlər Komitəsinin sədri qeyd edib.

Ermənistan və Türkiyə daha əvvəl turizm mövsümü başlamazdan əvvəl üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün sərhədlərin açılması barədə razılığa gəliblər.

Sərhədin açılış tarixi kimi əvvəlcədən iyun ayı qeyd edilsə də, indiyədək sərhədin açılma tarixləri ilə bağlı heç bir aydınlıq yoxdur.

Daha çox göstər
Back to top button