
Dünyada heç bir təşkilat əbədi deyil və hər bir ölkə öz maraqlarından çıxış edərək qərar qəbul edir. ER Baş naziri Nikol Paşinyan “France-Presse” agentliyinə müsahibəsində jurnalistin KTMT-dən çıxmaq perspektivini görüb-görməməsi ilə bağlı sualını cavablandırıb.
“KTMT-nin vəzifələrinin icrası və səmərəliliyi ilə bağlı problemimiz, biz bu məsələləri tərəfdaşlarımızla şəffaf şəkildə müzakirə edirik.
Əslində, məsələ Ermənistanın KTMT-ni tərk edib-etməməsində deyil, söz KTMT-nin Ermənistanı tərk edib-etməməsindən gedir.
Bir çox müstəqil ekspertlər mütəmadi olaraq mənə hesabatlar göndərirlər ki, proseslər KTMT-nin ER-i tərk etdiyini göstərir.
Üstəlik, Rusiya regionu tərk edir. Əlbətdə bu sanki fantastika janrıdır. Amma təəssüflər olsun bizim xalq həmin tarixin şahidi olub”- deyərək o, bəyan edib.







