BaşlıcaSiyasət

İranın Xİ naziri:  “Əliyev əmin edib ki, Bakı heç vaxt Ermənistanla İran arasında dəhliz yaradılmasının və dəhlizlərin bağlanmasının tərəfdarı olmayacaq”

İranın Xarici işlər naziri erməni həmkarı ilə görüşdə kommunikasiyaların bloklanması ilə bağlı Azərbaycan prezidenti ilə söhbətinin təfərrüatlarını təqdim edib.

Alınan məlumata görə, Hüseyn Əmir Abdollahian qeyd edib ki, görüşdə regionda mövcud dəhlizlərin, tranzit imkanlarının və kommunikasiya maneələrinin aradan qaldırılması, iki ölkə arasında tarixi və ənənəvi dəhlizlərə maneə yaratmamaq zərurətindən danışılıb.

O, bildirib ki, Tehran və Yerevan tranzit marşrutlarının əhəmiyyətinə xüsusi diqqət yetirirlər.

“Bugünkü müzakirələr zamanı mən həmkarıma Azərbaycan prezidenti ilə görüşdə Əliyevdən eşitdiklərimi təqdim etdim ki, o, maneələrin aradan qaldırılması istiqamətində atılan addım kimi Zəngəzur dəhlizini müzakirə edir.

Əliyev əmin edib ki, Azərbaycan dəhliz yaradılmasının və tarixi dəhlizlərin bağlanmasının tərəfdarı olmayıb və olmayacaq da. Biz də azərbaycanlı vəzifəlilərə  izah etmişik ki,  hətta  böhran şəraitlərində belə  Azərbaycandan Naxicevana doğru əlaqə yollarını bağlamayacağıq və bu baxımla iki ölkələr arasında şərtləşmə var”-deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button