BaşlıcaEkonomika

Ermənistan BMT-nin “CIP index”ə görə mövqeyini 23 pillə yaxşılaşdırıb (CƏDVƏL)

Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Fondu (UNIDO) 2023-cü il üçün Rəqabətli Sənaye effektivliyinin (CIP) indeksini dərc edib. Bu, ölkələrin təkcə müəyyən bir ildə deyil, həm də uzunmüddətli perspektivdə mal istehsal və ixrac etmək qabiliyyətini qiymətləndirən indeksdir. O, 153 ölkənin imkanlarını, onların texnoloji tərəqqisini və istehsal fəaliyyətinə qlobal təsirini əks etdirir.

Bu göstəriciyə görə, Ermənistan öz reytinqini xeyli yaxşılaşdırıb, 2012-ci ildə 116-cı yer əvəzinə, hazırda 93-cü yerdədir.

BƏƏ, Laos, Şimali Makedoniya və Vyetnam da əhəmiyyətli irəliləyiş əldə edib, lakin Ermənistan qalanlarla müqayisədə mövqeyini 23 pillə yaxşılaşdırıb.

Qeyd edək ki, 2001-ci ildən bu mövqedə olan dünyanın ən rəqabətqabiliyyətli istehsal sektoruna malik ölkə kimi indeksin lideri Almaniya olmaqda davam edir.

Daha çox göstər
Back to top button