
İyulun 26-da ER Xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Dağlıq Qarabağdakı humanitar vəziyyətlə bağlı Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.
ER Xarici işlər nazirinin müavini Azərbaycanın Laçın dəhlizini 7 aydan artıq blokadada saxlaması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranı təqdim edib.
Mnatsakan Safaryan çıxışında qeyd edib ki, Dağlıq Qarabağın tam blokadaya alınması və humanitar yardımların, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə çatdırılmasının dayandırılması ərzaq, dərman, yanacaq və digər həyati əhəmiyyətli malların kəskin qıtlığına səbəb olub.
Ermənistan Respublikası Xarici işlər nazirinin müavini Azərbaycan tərəfindən mülki infrastruktur obyektlərinin və mülki əhalinin vaxtaşırı atəşə tutulması nəticəsində kənd təsərrüfatı işlərinin pozulmasına toxunub.
Mnatsakan Safaryan və Edmon Marukyan tədbirdə iştirak edənlərin suallarını cavablandırıb və lazımi açıqlamalar veriblər.
Görüşün sonunda diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq strukturların nümayəndələri XİN-in binasının bitişik hissəsində park edilmiş humanitar karvanı gəzmiş, humanitar yük partiyasına daxil olan malların növləri ilə tanış olmuşlar.







