
Azərbaycan prezidentinin “Euronews”a müsahibəsində Laçın dəhlizinin bağlanmaması ilə bağlı bəyanatından sonra Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qoşunlarının izahatını dinləmək lazımdır.
Bu barədə ER Baş naziri Nikol Paşinyan hökumətin avqustun 3-də keçirilən iclası zamanı bildirib.
“Azərbaycan Laçın dəhlizinin qarşısını almadığını iddia edirsə, onlar (Rusiya Federasiyasının sülhməramlı qoşunları – red.) ER hökumətinin göndərdiyi humanitar yardımın Dağlıq Qarabağa daxil olmasını niyə təmin etmirlər?
Düşünürəm ki, bu məsələyə aydınlıq gətirilməlidir və bizim qurumlar buna uyğun olaraq bu məsələyə aydınlıq gətirmək istiqamətində çalışmalıdırlar”.







