BaşlıcaSiyasət

BMT Təhlükəsizlik Şurasının konkret qərarlar qəbul edəcəyini gözləyirik: Edmon Marukyan

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan BMT Təhlükəsizlik Şurasının konkret qərarlar qəbul edəcəyini gözləyir.

Marukyan qeyd edib ki, Ermənistan Azərbaycanın təklif etdiyi alternativ yollar məsələsini müzakirə etmir.

“Bizim müzakirə mövzumuz Laçın dəhlizidir”,-deyə o əlavə etdi.

Marukyan Azərbaycanın təşkil etdiyi son dezinformasiya axınlarını yeni təxribatların təşkili üçün əsas hesab edir.

Marukyan Bakının Yerevana qarşı “ərazi iddiaları” ilə bağlı yeni ittihamlarını əsassız adlandırıb.

O, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisində yerləşdiyini vurğulayıb.

“Azərbaycan Almatı bəyannaməsinə əsasən Ermənistanın suveren ərazisi kimi tanınan Sovet Ermənistanının inzibati ərazisindən öz silahlı qüvvələrini çıxarmağa borcludur”, – deyən Marukyan Ermənistanın Azərbaycana heç bir ərazi iddiası irəli sürmədiyini vurğulayıb.

Daha çox göstər
Back to top button