BaşlıcaSiyasət

RF Xİ nazirinin müavini və Ermənistan səfiri Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər

Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Ermənistan səfiri Vağarşak Harutyunyanla görüşündə Laçın dəhlizində və Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib. Bu haqda  RF Xarici işlər nazirliyi məlumatlandırıb.

“Laçın dəhlizində və ümumilikdə Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bütün sazişlər kompleksinin davamlı şəkildə həyata keçirilməsinin vacibliyi müzakirə olunub.

Bu haqda  2020-2022-ci illər yenidən təsdiqləndi” – deyərək RF diplomatik xidməti qeyd edib.

Nazirlik əlavə edib ki, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri, o cümlədən bütün səviyyələrdə siyasi dialoqun inkişafı və iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə olunub.

Daha çox göstər
Back to top button