ArtsaxBaşlıcaSiyasət

Dağlıq Qarabağda humanitar fəlakət gündən-günə dərinləşir: Ombudsman

Dağlıq Qarabağda humanitar fəlakət gündən-günə dərinləşir. Ombudsman Dağlıq Qarabağda yaşayan ermənilərin fundamental hüquqlarının Azərbaycan tərəfindən kobud şəkildə pozulmasını qətiyyətlə pisləyir.

“Bu gün 248-ci gündür ki, Dağlıq Qarabağ əhalisi mühasirədədir və onlar iki aydır ki, hər cür humanitar yardımdan, o cümlədən tibbi ləvazimatlardan, ilkin tələbat mallarından və ərzaqdan məhrumdurlar.

Ombudsman qeyd edir ki, Azərbaycan tərəfindən Laçın dəhlizinin blokadaya alınması əhalinin əsas hüquqlarını, o cümlədən: həyat, ləyaqət, fiziki və psixi sağlamlığın qorunması, hərəkət azadlığı, şəxsi və ailə həyatı, mənzil, təhsil hüquqlarını kobud şəkildə pozur.

Humanitar böhran xüsusilə həssas qrupların nümayəndələrinin, məsələn, uşaqların, qocaların, qadınların, əlillərin və s. hüquqlarına mənfi təsir göstərir. 30 min uşaq, 9 min əlil, 20 min qoca, 60 min qadın mühasirədədir.

Blokadanın yaratdığı humanitar fəlakət sakinlərin normal həyatının bütün sahələrində özünü göstərir”, – deyə ER Ombudsmanı Facebook səhifəsində yazıb.

Daha çox göstər
Back to top button