
Avqustun 24-də Ermənistanda Avrasiya Hökumətlərarası Şurasının növbədənkənar iclası keçiriləcək. Bu barədə NEWS.am-a Xarici işlər nazirliyindən məlumat verilib.
Xatırladaq ki, Avrasiya Hökumətlərarası Şurasının əvvəlki iclası Soçidə keçirilib. Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirləri Avrasiya inteqrasiyası ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.







