ArtsaxBaşlıcaSiyasət

Azərbaycan Baş Prokurorluğunun bəyanatı reallığa uyğun gəlmir։ Ombudsman

Ombudsman ofisi Vagif Xaçatryanın fundamental hüquqlarına Azərbaycanın qanunsuz müdaxiləsi ilə bağlı məlumat toplamaqda davam edir.

Bu kontekstdə diqqətə layiq haldır ki, Vagif Xaçatryanın 1992-ci il sentyabrın 1-də hərbi getdi və ondan sonra döyüş əməliyyatlarında iştirak etdi. Bundan əvvəl o Stepanakertdə sıravi sürücü olaraq işləyib.

Bu isə göstərir ki, Azərbaycan Baş Prokurorluğun bəyanatı həqiqətə uyğun deyil. Bu bir daha Ombudsman ofisinin əməkdaşları tərəfindən toplanmış və təhlil edilmiş məlumatları dübut edir. Bunlar isə arxiv sənədləri, komandirlərin əmrləri, V. Xaçatryanın hərbi yolunu sənədləşdirən arayışlarla, ailə üzvlərinin ifadələri ilə əsaslanır.

Üstəlik, Ombudsman ofisinin əldə etdiyi və təsdiq etdiyi məlumata görə, müalicə olunmaq üçün Ermənistana aparılan və azərbaycanlılar tərəfindən qaçırılan Vaqif Xaçatryanın heç bir beynəlxalq kəşfiyyat sistemində axtarışa verilməsi ilə bağlı məlumat yoxdur.

Ombudsman bir daha vurğulayır ki, Vaqif Xaçatryan beynəlxalq humanitar müdafiədə olan şəxsdir, BQXK-nın himayəsi ilə müalicə almaq üçün Ermənistana aparılıb. Ona görə də onun azadlıqdan məhrum edilməsi Azərbaycan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Vaqif Xaçatryanın oğurlanmasından dərhal sonra Azərbaycan mətbuatında ermənilərə qarşı zorakılıq çağırışları, Vaqif Xaçatryana və onun qohumlarına qarşı nifrət və düşmənçilik təbliğatı yeni təkan alıb.

Bu hadisə Azərbaycanın apardığı erməni düşmənçiliyi və etnik nifrət siyasətinin daha bir sübutudur.

Yuxarıda göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan tərəfindən Vaqif Xaçatryanın fundamental hüquqlarına qeyri-qanuni müdaxiləsi beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Ombudsman Ofisi tərəfindən toplanmış tam məlumat səlahiyyətli orqanlara və beynəlxalq tərəfdaşlara göndərilib.

Daha çox göstər
Back to top button