
Azərbaycan Müdafiə Nazirliyi Müdafiə Ordusu bölmələrinin Şuşi rayonu ərazisində istehkam işləri aparması ilə bağlı yalan məlumat yayıb. Bu barədə DQ Müdafiə Nazirliyi məlumat yayıb.
“Azərbaycan Müdafiə Nazirliyi tərəfindən avqustun 16-da saat 19:40 radələrində Şuşi rayonu ərazisində Müdafiə Ordusu bölmələri tərəfindən möhkəmləndirmə işlərinin aparılması ilə bağlı yayılan məlumatda bildirilir ki, bu işin qarşısı guya Şuşi rayonu ərazisində Azərbaycan SQ hərbi qulluqçuların tədbirləri nəticəsində alınıb. Bu məlumat daha bir dezinformasiyadır.
Aydındır ki, son zamanlar davamlı olaraq saxta xəbərlər yaymaqla Azərbaycan növbəti təxribatlar üçün informasiya zəmini hazırlayır”, – DQ Müdafiə Nazirliyinin bəyanatında deyilir.







