
BMT Təhlükəsizlik Şurasında fövqəladə prosedur çərçivəsində müzakirənin nəticəsi olaraq, heç bir sənədin qəbul edilməməsi Qarabağ erməniləri üçün yeni təhlükələr yarada bilər.
Azərbaycan bunu gələcək addımları üçün “yaşıl işıq” kimi qəbul edə bilər. Bu günlərdə internetə çıxışın kəsilməsi analitiklər tərəfindən məhz bu kontekstdə nəzərdən keçirilir, Azərbaycanın yaxın gələcəkdə Qarabağ ətrafında humanitar halqanı sərtləşdirməyə çalışacağını istisna etmir.
Digər tərəfdən, analitiklər bildirirlər ki, BMT müzakirələrində Azərbaycanın hərbi təcavüzünün qarşısının alınması ilə bağlı konsensusun mövcud olduğu qeyd olunub.
Stepanakert rəsmi kanallar vasitəsilə Moskvadan heç bir sənəd almayıb. Bu günlərdə bu haqda Qarabağın Xarici işlər naziri Sergey Ğazaryan təcili onlayn mətbuat konfransında bildirib. Söhbət bu yaxınlarda 14 bəndlik təkliflərlə Qarabağa təqdim edilən “yeni Lavrov planı” adlanan plandan gedir.
Qarabağ Prezidenti nəzdnində Antikrizis şurasının sədri Tiqran Petrosyan sənədi Facebook-da dərc edib və qeyd edib ki, təklif iyulun 25-də RF Xarici işlər naziri tərəfindən təqdim olunub.
Təkliflər layihəsinin sərlöhvəsi “Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır. Bəndlərdə qeyd olunur ki, söhbət yalnız mədəniyyət və dini muxtariyyət barəsindədir.
Dağlıq Qarabağın Xarici işlər naziri Sergey Ğazaryanın sözlərinə görə, Qarabağ Xarici işlər nazirliyi rəsmi kanallar vasitəsilə belə bir sənəd almasa da, oxşar imkanlar qiymətləndirilib.
“Bu, reallıqdan qopmuş baxışdır. Bunu bizim “yerdə” əldə etdiyimiz reallıqlar da sübut edir”.
Vasitəçilərdən kiminsə belə ümidləri varsa, o zaman Azərbaycanın bu siyasətinin nəticələrini, 120 min insanın qəsdən aclıqdan öldüyü bir vaxtda hərbi nəfəsli bəyanatlarla, güc tətbiq etmək hədələriylə, erməni tarixi-mədəniyyət irsinin necə məhv edildiyini görməklə, belə baxışların bəzi təkliflərinin həyata keçirilməsində hər hansısa vasitəçinin hər hansısa əsası yoxdur
Mən bu sənədlə bağlı yalnız bu qədərlə məhdudlaşacağam”.
2.Kimlərinsə vasitəçilərdən belə ümidləri var idisə, o zaman Azərbaycanın 120 min insanın qəsdən aclıqdan öldüyü bir vaxtda apardığı siyasətin nəticəsini görüb döyüşkən bəyanatlar, güc tətbiq etmək hədələri, erməni tarixi-mədəniyyət irsinin necə məhv edildiyini görəndə əsas varmı? , hər hansı bir vasitəçi yoxdur ki, belə vizyonların bəzi təklifləri həyata keçirilə bilsin. Mən yalnız bu sənədlə bağlı bununla kifayətlənəcəyəm”.
Analitiklər arasında belə bir fikir var ki, siyasi muxtariyyət tələbi bu gün mübarizənin əsasını təşkil etməlidir və bu, Qarabağın özündən aydın və uca səslə səslənməlidir..
Politoloq Armen Petrosyan əmindir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müzakirəsini “yaşıl işıq” kimi qəbul etmədiyi və Qarabağ ətrafında dairəni daha da sıxdığı müddətcə, hətta mühasirədə olan Qarabağın da belə imkanı var.
“Nə qədər ki, Artsax erməniləri öz vətənlərində qalmaqda, bu vəziyyətə müqavimət göstərməkdə davam edirlər, əlbəttə ki, alətlər var və bu alətlər hər halda tətbiq olunur.
Başqa məsələdir ki, Azərbaycanın əməlləri üçün əlverişli geosiyasi vəziyyət mövcuddur və BMT Təhlükəsizlik Şuranın iclası da bunun yanar sübutu idi.
Çıxışlardan başqa, BMT Təhlükəsizlik Şurası yaradılan humanitar fəlakətin qarşısının alınması üçün heç bir obyektiv yol, plan təklif etməyib”.
Beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə mütəxəssis Sosi Tatikyan “Azatutyun”la söhbətində fikrini bildirib ki, o, beynəlxalq mətbuatda müxtəlif müzakirələr və nəşrlər vasitəsilə erməni tərəfinin bundan sonrakı addımları üçün müəyyən ab-hava yaradıb.
Lakin, “Lavrovun yeni planını” kifayət qədər aşağı hüquq səviyyəsi ilə Qarabağ üçün ciddi təhlükə hesab edir.
O, ABŞ və AB-nin həmçinin, bundan artığını təklif etmədiyini vurğulayır.
“Kosovonun Şimalındakı Kosovo serbləri kimi, aşağı olmasa da, kifayət qədər aşağı səviyyəli status. Bu, olduqca aşağı səviyyədir və bunu qəbul etmək olmaz.
Bu o deməkdir ki, Artsaxın mərkəzi hakimiyyət orqanları ləğv olunacaq, əvəzində Qarabağ ermənilərinə ümumi Azərbaycan və yerli orqanlarda kvota təklif ediləcək.
Biz gözləməliyik, xüsusən Qarabağ erməniləri və onlara biz dəstək verməliyik ki, mədəniyyət muxtar status deyil, heç olmazsa hansısa siyasi status olsun ki, Qarabağ ərazi vahidi kimi qorunub saxlanılsın.
Əgər vaxtıyla ABŞ və AB bir vaxtlar Kosovoya ən yüksək ayrılma statusu və sonrasa tədricən suverenlik verdilər.
İndi ən oxşar münaqişə vəziyyətində barı bu səviyyəyə endirə bilməzlər, Qarabağ erməniləri üçün heç olmasa siyasi muxtariyyətə yaxın statusu təmin etməyə çalışmalıdırlar”.
Amma bunun üçün Azərbaycan üzərinə böyük təzyiq lazımdır. Ekspertin fikrincə, bunu indiki anda ABŞ edə bilər, çünki AB-nin sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul etməsi daha çətindir.
Strukturun 27 dövlətin konsensusuna ehtiyacı var və belə deyək ki, Azərbaycanla strateji əməkdaşlıq və neft tədarükü müqaviləsi olan onlardan biri buna veto qoysa belə, AB qərar qəbul edə bilməz.
Politoloq Armen Petrosyanın fikrincə, Qarabağın siyasi muxtariyyəti məsələsini danışıqların gündəliyinə qaytarmaq üçün vahid gündəm tələb olunacaq.
“Gedəcəyimiz yerə dair bir baxış olsun, heç olmasa o baxışa doğru aparan yollar olsun.Bax budur acınacaqlı ki, hələ də baxılmır.Biz ümumerməni ümumi mexanizmini işə salmaq imkanını görmürük” .
Təhlilçi Qarabağı nəzərdə tutur və Ermənistan və Spyurkun (diasporun) vahid və tənzimlənmiş işinə istinad edir.
Halbuki, Azərbaycanın yaxın gələcəkdə məhz Qarabağın özündə siyasi vəziyyəti qeyr-sabitləşdirməyə çalışacağı və vəziyyəti sabitləşdirmək bəhanəsi ilə işğal üçün istifadə etməyə çalışacağı bəli, istisna edilmir.







