
Belçikanın Xİ naziri Haca Lahbib Azərbaycan hakimiyyətini Ermənistanın ərazi bütövlüyünü açıq şəkildə tanımağa çağırıb.
“Armenpress” xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransında onun Bakıya gələcək səfəri zamanı Azərbaycan hakimiyyətinə hansı mesajı göndərəcəyi ilə bağlı suala toxunaraq deyib.
“Bizim mövqeyimiz həm Yerevanda, həm də Bakıda eynidir. Bizim üçün ən vacibi bu çıxılmaz vəziyyətdən çıxmaqdır ki, humanitar vəziyyət yaxşılaşsın, Dağlıq Qarabağın erməni əhalisinin həyat şəraiti yaxşılaşsın. Bu, atəşkəs razılaşmasının bir hissəsidir və biz Ermənistan və Azərbaycanı Vaşinqtonda və ya başqa yerdə danışıqlara qayıtmağa çağırırıq. Biz Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıyan Ermənistanın baş nazirinin razılığını alqışladıq və Azərbaycan hakimiyyətini də bunu etməyə çağırırıq”.
Onun sözlərinə görə, hazırda müxtəlif danışıqlar formatları fəaliyyət göstərir, müxtəlif ölkələr danışıqlara cəlb olunub.
“Avropa İttifaqının fəal üzvü, tezliklə həm də Aİ Şurasının gələcək prezidenti kimi biz bütün bu proseslərdə, o cümlədən Yerevanda olacağımız səfirliyimiz vasitəsilə iştirakımızı gücləndirəcək və aktivləşdirəcəyik”.







