
İlin yekunu olaraq Ermənistan iqtisadiyyatı 7 faizdən çox arta bilər. Bu haqda avqustun 22-də jurnalistlərlə görüşündə Avrasiya Ekspert Klubunun koordinatoru, politoloq Aram Safaryan deyib.
Onun sözlərinə görə, ciddi proqramların köməyi ilə işsizliyi azaltmağın, az maaş alan işçilərin vəziyyətini yaxşılaşdırmağın vaxtı çatıb.
“Biz inanırıq ki, gözlənilməz fors-major hallar istisna olmaqla, bu il təsirli iqtisadi artım və ümumi daxili məhsulun güclü artımı ilə başa çatacaq” – deyə o, qeyd edib.
O, izah edib ki, əvvəllər erməni konyakı əsasən Aİİ-yə ixrac olunurdusa, indi bu istiqamətdə telefonlar, avtomobillər, tibbi cihazlar, radiotexnika ixrac edilir.
Politoloq vurğuladı ki, son illər qeyd olunan və bir sıra digər məhsulların ixracı 10 dəfə artıb ki, bu da ikirəqəmli iqtisadi artımın təmin olunmasında çox mühüm rol oynayır.
“Yuxarıda göstərilən məhsulların əksəriyyəti təkrar ixrac olunduğundan ölkə hökuməti yaranmış əlverişli vəziyyətdən istifadə etməli və Aİİ-də milli sənayenin və sənaye kooperasiyasının keyfiyyətcə inkişafı üçün ciddi addımlar atmalıdır.
Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığın davamlı inkişafı, bu da rusiyalı turist axınının kəskin artmasında və rus köçkünlərinin Ermənistanın sosial-iqtisadi həyatında iştirakında özünü göstərir, bizi Ermənistanın davamlı inkişafı haqqında düşünməyə vadar edir”- deyərək o, əlavə edib.







