Başlıcaİctimaiyyət
Gürcüstan azərbaycanlıları prezident İlham Əliyevdən quru sərhədlərin açılmasını xahiş edirlər

Gürcüstanda yaşayan etnik azərbaycanlılar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək adamların bir-birinə gedib-gələ bilməsi üçün quru sərhədlərin açılmasını xahiş ediblər.
3 il öncə koronavirus pandemiyası səbəbindən Azərbaycanla Gürcüstan arasında quru sərhədləri bağlanıb.
“Turan” agentliyinə əsasən, 1 mindən çox adamın imzaladığı müraciətə Azərbaycanda yaşayan gürcülər də qoşulur, sənəddə qeyd olunur.
Müraciət gürcüstanlı hüquq müdafiəçisi, etnik azərbaycanlı Samirə Bayramovanın təşəbbüsü ilə tərtib edilib və sosial şəbəkələrdə yerləşdirilib.







