Başlıcaİctimaiyyət
Ermənistanda daimi məskunlaşan rus və ukraynalıların hesabına Ermənistanın əhalisi artıb

ER-nin daimi əhalisi ölkədə daimi yaşayış yeri yaratmış ruslar və ukraynalılar hesabına artıb.
“Joqovurd” qəzetinin rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, 2023-cü ildə ER rayonlarının və paytaxt Yerevan əhalisinin sayı iyulun 1-nə 2 milyon 985 min nəfər təşkil edib, keçən il isə 2 milyon 961 min nəfər olub.
Statistika Komitəsinin açıqladığı məlumatlara görə, 2 milyon 985 min nəfərin 1 milyon 101 mini Yerevanda yaşayır. Vayots Dzor ən az əhalisi olan bölgədir – 48,1 min nəfər, Armavir ən çox əhaliyə malikdir – 267,6 min.
İkinci yerdə 257,3 min nəfərlə Ararat bölgəsidir.
Ümumi əhalinin 1 milyon 902 mini şəhər, 1 milyon 082 mini kənd sakinləridir.







