BaşlıcaSiyasət

Biz Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərmək ideyasını irəli sürməliyik: Nikol Paşinyan

ER-nin Baş naziri Nikol Paşinyan beynəlxalq diqqəti Dağlıq Qarabağda yaranmış humanitar böhrana yönəltmək üçün səyləri davam etdirməyi zəruri hesab edir. “Armenpress”in məlumatına görə, bu barədə o, hökumətin növbəti iclasında bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin bu ilin 22 fevral və 6 iyul tarixli qərarları həmin diqqət mərkəzində olmalıdır.

“Məhkəmə həmin qərarlarla Azərbaycanı Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətini təmin etmək üçün əlində olan tədbirləri görməyə məcbur edib. Məhkəmə onun qərarının Azərbaycan üçün məcburi hüquqi qüvvə yaratdığını vurğulayıb. Azərbaycanın bu qərara açıq-aşkar məhəl qoymaması həmin ölkənin depatriasiya siyasətinin bariz təzahürüdür, çünki belə siyasəti həyata keçirənlərin praktikasının xarakterik cəhəti hüquqi qüvvəyə malik qərarlara məhəl qoymamaqdır.

Biz isə Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi ideyasını yorulmadan təbliğ etməliyik, çünki bu, xüsusilə indi, mütləq zərurətdir”, – deyə Paşinyan vurğulayıb.

Eyni zamanda, Paşinyan humanitar yüklərin Dağlıq Qarabağa çatdırılmasını və onların Dağlıq Qarabağa çıxışının təmin edilməsini prioritet məsələ hesab edir.

Daha çox göstər
Back to top button