
Avropa Parlamentinin xarici əlaqələr komitəsinin təhlükəsizlik və müdafiə alt komitəsinin sədri Natali Loiseau Qarabağda dərinləşən humanitar böhrana toxunub.
O, Twitter mikrobloqunda yazıb: “Dağlıq Qarabağda humanitar fəlakətdir. Artıq Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin vaxtı çatıb”.
O, həmçinin BBC-də dərc olunmuş “Dağlıq Qarabağ: “İnsanlar çörək növbəsində huşunu itirir” məqaləsini dərc edib.







