
Avqustun 9-da ER Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Komitənin sədri Robert Menenedesin tapşırığı ilə ER-də olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparat direktoru Demian Mörfi və siyasət direktoru Sara Arkini qəbul edib.
Görüş zamanı Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması nəticəsində Dağlıq Qarabağda gündən-günə güclənən humanitar böhran müzakirə olunub.
Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlarına uyğun olaraq Laçın dəhlizinin blokadasının dərhal aradan qaldırılmasının zəruriliyi vurğulanıb.
Paruyr Hovhannisyan beynəlxalq tərəfdaşların Azərbaycan tərəfindən Dağlıq Qarabağda etnik təmizləmənin qarşısının alınması üçün aydın addımlar atmasının vacibliyini vurğulayıb.
Ermənistan tərəfinin regionda təhlükəsizliyin, sabitliyin və sülhün bərqərar olması istiqamətində atdığı addımlara istinad edilib.
Tərəflər həmçinin ümumi dəyərlərə əsaslanan erməni-amerikan münasibətlərinin davamlı olaraq, dərinləşməsi və inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.







