İctimaiyyət

Erməni “Podcastle” şikəti birgə iş üçün yeni platforma işə salıb

Ermənistanın “Podcastle” şirkəti süni intellektə malik yeni platforma istifadəyə verib. Bu, real vaxt rejimində birgə podkastları yazmağa, redaktə etməyə və dərc etməyə imkan verən onlayn iş sahəsidir. Bu barədə şirkətin təsisçisi və baş direktoru Artavazd Yeritsyan bildirdi.

“Mən çox qürurla deyirəm ki, ilk real vaxt podkast əməkdaşlıq platforması olan Podcastle for Teams istifadəyə verildi. Bu gündən etibarən məzmun yaradıcıları həmkarları, komanda yoldaşları, redaktorlar, həmmüəlliflər və prodüserlər daxil olmaqla əməkdaşları bir paylaşılan iş məkanında layihələr üzərində işləməyə dəvət edə bilərlər”,- Artavazd Yeritsyan bildidi.

Daha çox göstər
Back to top button