BaşlıcaSiyasət

Baş nazirin müavini:  “Azərbaycan hələ ki, Ermənistanın sülh müqaviləsi ilə bağlı yeni təkliflərinə cavab verməyib”

Azərbaycan tərəfi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı erməni tərəfinin yeni təkliflərinə hələ ki, cavab verməyib.

 Verilən  məlumata görə, bu haqda ER Baş nazirin müavini Mher Qriqoryan jurnalistlərlə söhbətində deyib.

“Məndə olan məlumata görə, hələ də yekun təklifə cavab yoxdur”- deyə  – Qriqoryan jurnalistin Ermənistanın sülh müqaviləsi ilə bağlı son təkliflərinə Azərbaycanın cavab verib-vermədiyi sualını cavablandırarkən deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 25-də hökumətin iclasında bəyan edib ki, erməni tərəfi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Azərbaycan tərəfinə çatdırıb.

Daha çox göstər
Back to top button