BaşlıcaSiyasət

Baş nazir Azərbaycanın DQ –a və Ermənistana qarşı yeni təxribat törətmək niyyətində olduğunu açıqlayıb

Azərbaycan qanunsuz olaraq Laçın dəhlizinin qarşısını abağlamaqda davam edir. Dağlıq Qarabağda humanitar böhran pik həddinə çatıb.

Alınan məlumata görə, bu haqda  Baş nazir Nikol Paşinyan hökumət  iclası ərzində  deyib.

“Aydındır ki, Azərbaycan bu hərəkətləri ilə Dağlıq Qarabağa və Ermənistan Respublikasına qarşı yeni hərbi təxribat törətmək niyyətində olduğunu nümayiş etdirir.

Bu cür təxribata haqq qazandırmaq üçün yalan və həqiqətə uyğun olmayan tezislər dövriyyəyə buraxılır” – deyə Paşinyan bildirib.

Onun fikrincə, vəziyyət elədir ki, beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələr Cənubi Qafqazda yeni partlayışın qarşısını almaq üçün ciddi tədbirlər görməlidir.

“Eyni zamanda, mən Ermənistan Respublikasının 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü ildə Brüsseldə əldə olunmuş razılaşmalara,

Rusiya Federasiyası, Azərbaycan Respublikasının prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyannaməni  eləcə də prezidentin əldə etdiyi razılaşmalara sadiqliyini vurğulayıram.

Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və iyul tarixli qərarlarına əsasən, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin həlli, beynəlxalq mexanizmlər çərçivəsində Bakı-Stepanakert dialoqu və Laçın dəhlizinin blokunun açılması 2023-cü il fevralın 22-də və  iyulun 6-da olan qərarları vacibdir.

Bütün bunların əsasında Ermənistan Respublikası Azərbaycanla sülh və münasibətlərin nizamlanması sazişini imzalamağa hazırdır və biz sülh gündəliyinə sadiqliyimizi bildiririk” – deyə Baş nazir yekunlaşdırıb.

Daha çox göstər
Back to top button