BaşlıcaSiyasət

Nikol Paşinyan DQ-ın yeni seçilmiş prezidenti haqqında:  “Samvel Şahramanyanın üzərinə çox ağır məsuliyyət qoyulur”

Dağlıq Qarabağın yeni seçilmiş lideri Samvel Şahramanyanın üzərinə çox ağır məsuliyyət qoyulub. Verilən məlumata görə, bu haqda  Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziya şirkətinə müsahibəsində Arayik Harutyunyanın Dağlıq Qarabağın Prezidenti vəzifəsindən istefası və Samvel Şahramanyanın bu vəzifəyə seçilməsi ilə bağlı danışarkən bəyan edib.

“Araik Harutyunyanın istefasına təəssüflənirəm. Deyə bilərəm ki, bütün regionda aramızda çox yaxşı iş mühiti və qarşılıqlı anlaşma var idi. Bu istefa ilə bağlı təəssüf hissi keçirdiyimi ifadə edə bilərəm.

Dağlıq Qarabağın yeni seçilmiş lideri Samvel Şahramanyana gəlincə, mən hesab edirəm ki, vəziyyət elədir ki, təbrik etməyə çox da ehtiyac yoxdur. Onun üzərinə çox ağır məsuliyyət qoyulur” – deyə Ermənistanın Baş naziri bildirib.

  Nikol Paşinyanın sözlərincə , Ermənistan beynəlxalq ictimaiyyətlə mövqe və yanaşmaları əlaqələndirmək məntiqini rəhbər tutmalı, buna qarşı çıxmamalıdır. Baş nazirin sözlərinə görə, biz Dağlıq Qarabağda yaranmış humanitar böhranı siyasiləşdirməmək mülahizələrini də rəhbər tutmalıyıq.

 “Biz səylərimizi Dağlıq Qarabağda yaranmış humanitar böhrana üstün gəlməyə  yönəltməliyik. Həddindən artıq siyasiləşdirmə yolu ilə məsələnin humanitar mahiyyətinin siyasi müstəviyə çevrilməsinə imkan verməməliyik. Bizim yanaşmalarımız bu məntiqə əsaslanır” – deyərək Paşinyan bildirib.

Ermənistanın Baş naziri Dağlıq Qarabağ hakimiyyəti ilə əlaqənin olub-olmaması sualına belə cavab verib:

“Bəli, bu əlaqə mövcuddur və ER hökumətinin vəziyyətlə tanış olmaq üçün məhz  ilk mənbədən məlumat alması vacibdir”.

Daha çox göstər
Back to top button