
Ermənistanla Azərbaycan arasında artan hərbi gərginliyə və Dağlıq Qarabağda vəziyyətin pisləşməsinə cavab olaraq “Freedom House” təşkilatının sədri Maykl Abramovitç bəyanatla çıxış edib.
“Azərbaycan silahlı qüvvələrinin Ermənistanla sərhəddə hərbi texnikanın yığılması ilə bağlı yayılan xəbərlərdən dərin narahatıq.
Biz Ermənistanın suveren ərazisinə hücum planlarını pisləyir və vasitəçiləri Ermənistanın sərhədlərinin növbəti dəfə pozulmasının qarşısını almaq üçün səy göstərməyə çağırırıq”.
Azərbaycanın Laçın dəhlizinin blokadası regionun erməni əhalisinə etnik təmizləmə riski yaradır və Dağlıq Qarabağda davam edən humanitar böhranı daha da gücləndirir.
Biz Azərbaycan hökumətini ürəkdən sülh danışıqlarına başlamağa, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyindən onlara qarşı silah kimi istifadə etməkdən çəkinməyə, insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın vasitəsilə sərbəst hərəkətini təmin etmək üçün blokadanı qeyd-şərtsiz ləğv etməyə çağırırıq.
Biz BMT-nin İnsan Hüquqları Şurasını Dağlıq Qarabağda insan haqlarının vəziyyətini qiymətləndirmək üçün xüsusi məruzəçi təyin etməyə çağırırıq” – deyərək bəyanatda bildirilir.







