
Azərbaycan tərəfi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı erməni tərəfinin təkliflərinə cavab verib və yeni təkliflər irəli sürüb.
Alınan məlumata görə, bu haqda Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumətin sual-cavab iclasındaqeyd edib.
“Son təmaslarımızdan sonra Ermənistan tərəfi Azərbaycan tərəfinə münasibətlərin tənzimlənməsi və sülh münasibətlərinin qurulması haqqında müqavilənin beşinci şərhlərini çatdırdı. Bunu etmək bizim növbəmiz idi və biz bunu etdik. Sentyabrın 12-də biz artıq Azərbaycan tərəfdən yeni təkliflər almışıq.
Proses var, müzakirə var. Təbii ki, bu müddət ərzində üzbəüz danışıqlar olmayıb. “Təəssüflə qeyd etməliyəm ki, tərəflərin mövqelərinin hələ də bir-birindən kifayət qədər uzaq olduğu mühüm məsələlər mövcuddur”- deyə Mirzoyan bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 25-də hökumətin iclasında bəyan edib ki, erməni tərəfi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Azərbaycan tərəfinə çatdırıb.







