
Roma Əsasnaməsinin ratifikasiyası yalnız dövlət maraqlarına yönəlib və başqa heç nə yoxdur, onun Rusiya hadisələri ilə heç bir əlaqəsi yoxdur.
Bu haqda ER Ədliyyə naziri Qriqor Minasyan sentyabrın 14-də jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, Roma Əsasnaməsinin ratifikasiyası layihəsi cinayət məhkəməsinin məlum qərarından (Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsi ilə bağlı qərardan – red.) xeyli əvvəl təqdim edilib.
O, əmin edib ki, Roma Əsasnaməsinin ratifikasiyası Ermənistanın suveren ərazisində yeni cinayət hüququ rıçaqlarının artırılmasına yönəlib.
“Bu, beynəlxalq məhkəmə sisteminə Ermənistana qarşı eyni hərbi cinayətləri aşkar etməyə və araşdırmağa imkan verəcək” – deyə Minasyan bildirib.
Nazir bunu çox yaxşı müdafiə vasitəsi adlandırıb və bundan mütləq istifadə olunmalıdır deyib.







