BaşlıcaSiyasət

ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağda gərginliyi dərhal azaltmağa çağırıb

Buyar Osmani özünün X mikrobloqunda (keçmiş Twitter) qeyd edib ki, ATƏT sədri vəzifəsini icra edən şəxs kimi Stepanakertdə hərbi əməliyyatlar və bu səbəbdən mülki əhali üçün yaranmış təhlükə ilə bağlı yayılan xəbərlərdən dərin narahatdır.

“Mən gərginliyi dərhal azaltmağa çağırıram. Sülh dialoqu yeganə yol olmalıdır və humanitar mülahizələrə üstünlük verilməlidir.

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində mən Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə görüşəcəyəm və bir daha diplomatik əməkdaşlığın davam etdirilməsinə və bu istiqamətdə səylərə prioritet yetirilməsinə çağıracağam”, – Osmani yazıb.

Daha çox göstər
Back to top button