
Bakı hökuməti hücumları dərhal dayandırmalı və sülh yolu ilə həll yolu tapmaq üçün diplomatiyaya qayıtmalıdır. Verilən məlumata görə, bu barədə Almaniya kansleri Olaf Şolts özünün X səhifəsində yazıb.
“Dağlıq Qarabağda hərbi əməliyyatlar dərhal dayandırılmalıdır. Azərbaycan və Ermənistan arasında vəziyyət çox kritikdir. Bakı hökuməti hücumları dərhal dayandırmalı və sülh yolu ilə həll yolu tapmaq üçün diplomatiyaya qayıtmalıdır” – deyərək Almaniyanın kansleri yazıb.







