
Baş nazir Nikol Paşinyan Ermənistan xalqını vəziyyətə ayıq yanaşmağa, soyuqqanlılığı qorumağa, bəzi qüvvələrin ER dövlətçiliyinə zərbə vurmasına imkan verməmək üçün təxribatlara boyun əyməməyə çağırır.
Alınan məlumata görə, bu haqda Paşinyan canlı efirdə Azərbaycanın Qarabağa hərbi təcavüzünə toxunaraq deyib.
“Biz imkan verməməliyik ki, kimlərsə, bəzi qüvvələr Ermənistanın dövlətçiliyinə zərbə vursunlar. Gözlənildiyi kimi, artıq Ermənistanda dövlət çevrilişinə çağırışlar müxtəlif yerlərdən eşidilir.
Ermənistanın dövlətçiliyi, dövlət bu şərtlərə uyğun reaksiya verməlidir əlbətdə ER qanunvericiliyi ilə müəyyən edilmiş prosedurla.
Lakin təbii ki, bu vəziyyətdə çox şey Ermənistan vətəndaşlarından, Ermənistan xalqından asılıdır ki, mənim dərin qənaətimə görə, onlar nə qədər çətin olsa da, yaranmış vəziyyətə ayıq və soyuqqanlı davranmalıdırlar.
Hər kəs üçün nə qədər çətindirsə, ən azı mənim üçün, Təhlükəsizlik Şurasının üzvləri üçün, ölkə rəhbərliyi üçün bir o qədər çətindir.Amma biz indiki məqamda heç bir hesabsız, kəskin, avantürist hərəkətlər etməməliyik”- deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, o, başa düşür ki, müəyyən informasiya çatışmazlığı var, bu da Dağlıq Qarabağda artilleriya zərbələri nəticəsində rabitə qovşaqlarının zədələnməsi, informasiya axınında müəyyən çətinliklərin olması ilə bağlıdır.
Paşinyan əmin edib ki, vəziyyətə uyğun olaraq Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi üçün lazımi tədbirlər görüləcək. O, təxribatlara boyun əyməməyə, sakit olmağa, rəsmi xəbərləri izləməyə çağırıb.
O, ER-də hüquq sisteminin tam qaydasında fəaliyyət göstərdiyini və sabitliyin qorunduğunu vurğulayıb.
“Hamı başa düşür ki, qanunun aliliyini və sabitliyi pozmaq ER əleyhinə hərəkət edən və hərəkət etmək niyyətində olan qüvvələrin qarşısına qoyduğu məqsəddir” – deyə Baş nazir lazım gəldikdə vəziyyətlə bağlı məlumat da verəcəyini əmin edib
Sentyabrın 19-da Azərbaycanın Dağlıq Qarabağa qarşı həyata keçirdiyi genişmiqyaslı hücum nəticəsində Ermənistan tərəfinin biri uşaq olmaqla iki itkisi var.







