BaşlıcaSiyasət

2021-ci ilin avqust ayından ER-nin Dağlıq Qarabağda ordusu yoxdur: Paşinyan

Biz dəfələrlə demişik ki, 2021-ci ilin avqustundan Ermənistanın Dağlıq Qarabağda ordusu yoxdur. ER baş naziri Nikol Paşinyan bu gün Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı canlı yayımda çıxış edərkən deyib.

“Bir müddət əvvəl DQ-nin rəsmi məlumat səhifələrindən öyrəndik ki, DQ hakimiyyəti Rusiya sülhməramlı qoşunlarının komandanlığının atəşin dayandırılması ilə bağlı təklifini qəbul edib.

ER həmin mətnin formalaşmasında iştirak etməyib, müzakirələrdə iştirak etməyib. Mətndə ER Silahlı Qüvvələrinin adı çəkilir. Söhbət ER Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan qalan bölmələrindən gedir. Bu fakt bizim üçün çox başa düşülən deyil. Biz dəfələrlə demişik ki, 2021-ci ilin avqustundan bəri Dağlıq Qarabağda ER-nin ordusu yoxdur.

Hər halda biz bu bəyanatı və onun DQ hakimiyyəti tərəfindən qəbul edilməsini nəzərə alırıq”, – Paşinyan bildirib.

Paşinyan həmçinin bəyan edib ki, Ermənistan Rusiya sülhməramlı missiyası ilə razılaşdırılmış atəşkəs mətninin formalaşdırılmasında heç bir şəkildə iştirak etməyib.

“Əlbəttə, biz mətnlə tanış olduq və ER həmin mətnin formalaşmasında heç bir şəkildə iştirak etmədiyinə və müzakirələrdə iştirak etmədiyinə görə ilk mülahizə odur ki, mətndə Ermənistan Respublikasının Silahlı Qüvvələri qeyd olunur və Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissəsi mətndə qeyd olunur. 2021-ci ilin avqustundan ER-nin Dağlıq Qarabağda ordusunun olmadığını dəfələrlə dediyimiz şəraitdə bu fakt bizim üçün çox başa düşülən deyil. Amma istənilən halda biz bu bəyanatı və onun Dağlıq Qarabağ hakimiyyəti tərəfindən qəbul edilməsini nəzərə alırıq”, – deyə baş nazir bildirib.

Daha çox göstər
Back to top button