
AB-nin Ermənistandakı müşahidə missiyası X sosial saytının mikrobloqunda elan etdiyi kimi, bu həftə Yeğeqnadzordakı daimi yerinə köçüb.
“Əməliyyat planına əsasən, AB-nin müşahidə missiyasının qərargahı Yeğeqnadzorda yerləşir.
Əməliyyat bazaları Cermuk, Qoris, Kapan, Martuni, İcevan və Yeğeqnadzordur. Həmçinin İYerevanda rabitə və dəstək idarəsi var” –deyə missiyanın mikrobloqu yazır.







