
BMT-nin baş katibi Antonio Quterreş regionda hərbi güc tətbiqindən və itkilərin, o cümlədən mülki əhali arasında itkilərin olması xəbərlərindən son dərəcə narahatdır.
Onun rəsmi sözçüsü Stefan Dujarrik verdiyi açıqlamada, bu narahatedici hadisələrin sentyabrın 18-də yerli əhaliyə çox ehtiyac duyulan humanitar yardımın çatdırılmasından sonra baş verməsindən təəssüflənir.
Quterreş Qarabağda dərhal atəşkəs əldə etməyə və 2020-ci il sazişlərinin həyata keçirilməsinə çağırır. O, humanitar təşkilatların Dağlıq Qarabağa tam girişini asanlaşdırmaq üçün təcili addımlar atmağa çağırışını təkrarladı.
“O, tərəfləri regionda etimadın yaradılmasına və uzunmüddətli sülhün təmin edilməsinə yönəlmiş səylərə yenidən diqqət yetirməyə çağırır”, – bəyanatda deyilir.







