BaşlıcaSiyasət

Azərbaycan üzrə daimi məruzəçi:  “Avropanın gözü önündə inkişaf edən etnik təmizləmə Avropa Xarici xidməti tərəfindən diqqətdən kənarda qalmamalıdır”

AB Dağlıq Qarabağda qalan insanların həyatının qorunmasına diqqət yetirməlidir və Avropanın gözü qarşısında baş verən etnik təmizləmə Avropa Xarici Xidməti tərəfindən diqqətdən kənarda qalmamalıdır.

Verilən məlumata görə, bu haqda Avropa Parlamentində Azərbaycanın Qarabağa hücumu mövzusunun müzakirəsi zamanı Azərbaycan üzrə daimi məruzəçi Jelyana Zovko bəyan edib.

Avropa Parlamentinin deputatının sözlərinə görə, qabaqlayıcı diplomatiya həm avropalılar, həm də “bütün bunların baş verəcəyini aylardır gözləyən” beynəlxalq ictimaiyyət tərəfindən “tamamilə iflasa uğrayıb”.

“Biz heç bir avtoritar rejimlə güzəştə getməməliyik. İlk növbədə, bütün bunlara sanksiya verilməli və etnik təmizləmə aparanların hamısı üçün həbs orderi verilməlidir.

Çünki biz Balkanlarda uzun illər əvvəl baş verənləri təkrarlaya bilmərik” – deyərək Zovko bildirib.

Daha çox göstər
Back to top button